Hidayət Heydərov: "Medal qazandığım üçün çox sevinirəm" - AÇIQLAMA
"Bu, mənim cüdo üzrə böyüklər arasında dünya çempionatında ilk medalımdır. Yarımfinalda rəqibim dünya çempionu Soiçi Haşimoto idi. Təəssüf ki, güclü yaponiyalı idmançı məndən üstün oldu.
Prezidentimiz İlham Əliyevin yarışı izləməsi mənə əlavə qüvvə verdi. Bürünc medal uğrunda mübarizədə Monqolustan idmançısı Tsoqtbaatar Tsend-Oçirə qalib gəldim. Bakıda medal qazandığım üçün çox sevinirəm. Bu, karyeramda ən böyük uğurumdur". SİA-nın məlumatına görə, bunu Bakıda keçirilən cüdo üzrə dünya çempionatında bürünc medal qazanan Hidayət Heydərov deyib.
Yarımfinalda məğlubiyyətinin səbəbləri barədə danışan cüdoçumuz qeyd edib ki, rəqibi yarışlara yaxşı hazırlaşmışdı. “Mən isə gərgin keçən görüşün sonunda artıq yorulmuşdum”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB