Avropa Liqasında qrup mərhələsinin ilk turunun ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib. UEFA-nın saytında yer alan xəbərə görə, namizədlər siyahısında "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Arsenal"ın hücumçusu Pyer-Emerik Obameyanq, Ever Baneqa ("Sevilya"), Kay Havertz ("Bayer" Leverkuzen) və İzet Hayroviç ("Dinamo" Zaqreb) alıb.
Azarkeşlər qurumun saytında keçirilən səsvermədə iştirak edərək, bu həftənin ən yaxşı oyunçusunu müəyyənləşdirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB