Bu gün İtaliyanın Siena şəhərində polo üzrə Avropa çempionatına start verilib. SİA-nın məlumatına görə, ilk dəfə qitə birinciliyinin iştirakçısı olan polo üzrə Azərbaycan millisi yarışa qələbə ilə başlayıb. İlk turda Hollandiya ilə qarşılaşan komandamız 7:3 hesabı ilə qalib gəlib.
Poloçularımız növbəti oyununu sentyabrın 22-si Fransa komandasına qarşı keçirəcək.
Azərbaycan seçməsi ilə eyni qrupda Hollandiya, Fransa, Slovakiya və İrlandiya komandaları mübarizə aparırlar.
On komandanın iştirak etdiyi turnir sentyabrın 30-na qədər davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB