Aişə Qurbanlı avstraliyalı idmançını ipponla məğlub etdi

Aişə Qurbanlı avstraliyalı idmançını ipponla məğlub etdi

Bakıda keçirilən cüdo üzrə dünya çempionatında 48 kq çəki dərəcəsində yarışan Azərbaycan cüdoçusu Aişə Qurbanlı ikinci görüşünə çıxıb. SİA-nn məlumatına görə, 1/32 finalda hollandiyalı Amber Gersyesə qalib gələn idmançımız, növbəti mərhələdə avstraliyalı Hain Karolineni ipponla məğlub edib.

O, 1/8 finalda argentinalı Paula Pareto ilə qarşılaşacaq.

Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil edilən dünya çempionatı sentyabrın 27-dək davam edəcək.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə