"Sportinq"in futbolçusu: "Bizim üçün çətin olacağını düşünürəm"

"Sportinq"in futbolçusu: "Bizim üçün çətin olacağını düşünürəm"

Portuqaliyanın "Sportinq" klubunun futbolçusu Bruno Fernandes Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la matç öncəsi açıqlama verib. Qol.az-ın yerli mətbuata istinadən yaydığı xəbərə görə, o, Ağdam klubundan yaxşı oyun gözlədiklərini deyib: "Klubun adı böyük olmasa da, bir çox komandaya problem yaradıblar. Bizim üçün çətin olacağını düşünürəm. Amma ümid edirəm ki, biz qələbə qazanacağıq və Avropa Liqasına 3 xalla başlayacağıq".

Qeyd edək ki, "Sportinq" - "Qarabağ" görüşü sabah Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня