SIA-nın verdiyi məlumata görə, turnirdə 1994-1996-cı il təvəllüdlü idmançılar iştirak edəcək. Azərbaycan Güləş Federasiyası, Federasiyanın 4 saylı nümayəndəliyi və Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən turnir Olimpiya İdman Kompleksində baş tutacaq. Qaliblər diplom, medal və mükafatlarla təltif ediləcək.
13 dekabr 2010-cu il tarixdə Gəncədə əməkdar məşqçi İsax Cəfərovun xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə böyüklər arasında Respublika turniri keçiriləcək. Hər il keçirilən turnir əməkdar məşqçi İsax Cəfərovun xatirəsini yad etmək və idmançıların ustalıq səviyyəsini artırmaq məqsədi daşıyır.
Azərbaycan Güləş Federasiyası, Federasiyanın 7 saylı nümayəndəliyi və Gəncə şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən turnir Olimpiya İdman Kompleksində baş tutacaq. Qaliblər diplom, medal və mükafatlarla təltif ediləcək. Məşqçilər korpusundan verilən məlumata görə, bu turnirdə əsasən "ikinci nömrələr" sınaqdan keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB