Almaniyalı cüdoçu: "Dünya çempionatının startını səbrsizliklə gözləyirəm" - AÇIQLAMA

Almaniyalı cüdoçu: "Dünya çempionatının startını səbrsizliklə gözləyirəm" - AÇIQLAMA

"Dünya çempionatının startını səbrsizliklə gözləyirəm. Yarışa çox yaxşı hazırlaşmışam. Bütün gücümü sərf etmişəm və müsbət nəticəyə ümid edirəm". SİA-nın məlumatına görə, bunu Almaniya millisinin cüdoçusu Aleksandr Viçerzak Bakıda keçiriləcək dünya çempionatı ilə bağlı təəssüratlarını bölüşərkən deyib.

Ötən il Macarıstanın paytaxtı Budapeştdəki mundialda 81 kq çəki dərəcəsində qızıl medal qazanmış 27 yaşlı idmançı eyni uğuru təkarlamağa çalışacağını söyləyib.

Baxmayaraq ki, onun çəkisində yerli cüdoçu yer almayacaq, Azərbaycan yığmasının cüdoçularını çox güclü rəqib adlandıran Viçerzak komandanın heyətində dünya səviyyəli idmançıların yer aldığını vurğulayıb.

Qeyd edək ki, Aleksandr Viçerzak "Bakı 2015" I Avropa Oyunlarının bürünc medalçısıdır.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə