Kriştiano Ronaldo: "İlk 3 turda qol vurmadığım üçün bir az gərgin idim"
İtaliya A Seriyasının IV turunda "Sassuolo" ilə matçda dubl edərək, "Yuventus"da qol hesabını açan Kriştiano Ronaldo fikirlərini bölüşüb. SİA-nın məlumatına görə, 33 yaşlı ulduz bu qollarla üzərindən təzyiqi az da olsa, atdığını deyib: "Çox şadam. Bu forma ilə qol vurmağı çox arzu edirdim və nəhayət, buna müəssər oldum. Futbolda ən vacibi komandanın qələbəsidir. İlk 3 turda qol vurmadığım üçün bir az gərgin idim, amma komanda yoldaşlarım mənə dəstək oldular. İtaliya futboluna adaptastiya oluram".
Qeyd edək ki, Ronaldo yayda 100 milyon avro qarşılığında "Real"dan "Yuventus"a keçib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB