Türkiyə Superliqasında baş məşqçi istefası

Türkiyə Superliqasında baş məşqçi istefası

Türkiyə Superliqası təmsilçisi "Akhisarspor" baş məşqçisi Safet Suşiçlə yolları ayırıb. Bu barədə klubun mətbuat xidmətinin rəhbəri Evren Acar məlumat verib. O, yeni baş məşqçinin yerli mütəxəssis olacağını bildirib.

S.Suşiç bu mövsüm komandanın uğursuz çıxışı səbəbindən istefaya göndərilib. Qeyd edək ki, "Akhisarspor" 5 turdan sonra ölkə çempionatında 2 xalla sonuncu pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə