"Sabah"ın hücumçusu Marko Deviç Ukrayna mətbuatının da diqqət mərkəzindədir. "Obozrevatel" nəşri yazır ki, ukraynalı həmkarlarımız 35 yaşlı futbolçunun ölkəmizdəki çıxışına toxunublar. Topaz Premyer Liqanın bombardirinin çıxışına toxunublar
"Deviç təqaüdə sakit getməyə hazırlaşmır və yenə əvvəlki günlərini xatırladır. Düzdür, Ukraynada Deviçi çoxdan siyahıdan siliblər. "Metallist"dəki əla karyeradan sonra az-çox "Rubin"də oynadı. Bundan sonra isə Qətər, Lixtenşteyn və Rusiya çempionatlarında itib-batdı. Son olaraq isə Azərbaycanda "Sabah"a keçdi. Ancaq Serbiya əsilli ukraynalı bu komanda oynayır, yola vermir. Hazırda onun ehtiyatında 4 oyundan sonra 5 qol var".
Qeyd edək ki, mövsümün əvvəlində "Sabah"a transfer olunan Deviç 5 qolla bombardirlər siyahısına başçılıq edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB