Əliyar Ağayev AL-in qrup mərhələsinin oyununda

Əliyar Ağayev AL-in qrup mərhələsinin oyununda

Azərbaycanlı FİFA referisi, I kateqoriyaya yenicə yüksəlmiş Əliyar Ağayev növbəti təyinatını alıb. SİA-nın məlumatına görə, həmyerlimiz UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Latsio” (İtaliya) - “Apollon” (Kipr) matçında söz sahibi olacaq. 20 sentyabr Roma Olimpiya Stadionunda keçiriləcək matçda Əliyar Ağayevə yan xətt hakimləri kimi Zeynal Zeynalov və Rza Məmmədov, əlavə köməkçi hakimlər kimi Rəhim Həsənovla Orxan Məmmədov yardım edəcək. Dördüncü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə