Azad Rəhimov: “Biz bu gün uzun çıxışlar etməkdənsə, sizi dinləməyə üstünlük veririk”

Azad Rəhimov: “Biz bu gün uzun çıxışlar etməkdənsə, sizi dinləməyə üstünlük veririk”

"Biz bu gün uzun çıxışlar etməkdənsə, sizi dinləməyə üstünlük veririk". SİA-nın xəbərinə görə, bu sözləri gənclər və idman naziri Azad Rəhimov 6 dekabr tarixində London şəhəri "Hotel Royal Garden" də ingiltərədə təhsil alan Azərbaycanlı tələbələrlə görüşü zamanı deyib.

Nazir ilk olaraq tələbələrlə olan görüşün önəmindən söz açıb. Azad Rəhimov: "Bu gün biz burada uzun uzadı çıxış etməkdənsə, sizin problemləri dinləyib, onların həlli yollarını tapmağa, istəklərinizlə daha yaxından tanış olmağa üstünlük veririk. Odur ki, bu kimi görüşlərdə hər birinizin aktiv iştirakı bizim üçün xüsusi önəm daşıyır".

Nazir bu səpkili görüşlərin Rusiya, Amerika Birləşmiş Ştatları, Türkiyə və digər ölkələrdə təhsil alan tələbələrlə də planlaşdırıldığını bildirib.

Qeyd edək ki, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" nın icrası ilə əlaqədar olaraq ümumi məsələlərin müzakirə edilməsi məqsədilə gənclər və idman naziri Azad Rəhimovla yanaşı, səfərə Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanov, Təhsil nazirinin müavini Elmar Qasımov da yollanmışdılar.

Bütün xəbərlər Facebook səhifəmizdə