"Milan" "Kalyari" ilə heç-heçə edib

"Milan" "Kalyari" ilə heç-heçə edib

İtaliya A Seriyasında 4-cü turun görüşləri keçirilir. SİA-nın məlumatına görə,"Milan" səfərdə "Kalyari" ilə qarşılaşıb. Oyun 1-1 hesablı heç-heçə ilə yekunlaşıb.

A Seriyasında turnir cədvəlinə 12 xalla "Yuventus" başçılıq edir. 9 xalı olan "Napoli" 2-cidir. "Kalyari" 5 xalla 12-ci, "Milan" 4 xalla 15-ci pillədə qərarlaşıb.

"Kalyari" 1 - 1 "Milan"

Qollar: Joau Pedro, 4 - Qonaslo İquain, 55

Bütün xəbərlər Facebook səhifəmizdə