"Liverpul"dan "Tottenhem"ə zərbə

Futbol üzrə İngiltərə Premyer Liqasında 5-ci tura start verilib. Açılış oyununda “Liverpul” səfərdə “Tottenhem”in qonağı olub. Görüş mersisaydlıların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Qonaqların heyətində 39-cu dəqiqədə Corcinyo Veynaldum və 54-cü dəqiqədə Roberto Firmino fərqləniblər. Meydan sahiblərinin yeganə qoluna isə 90+3-cü dəqiqədə Erik Lamela imza atıb. Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 15-ə çatdıran “Liverpul” liderliyini qoruyub.

Bütün xəbərlər Facebook səhifəmizdə