“Bavariya” “Bayer”lə oyuna ciddi itkilərlə çıxacaq

“Bavariya” “Bayer”lə oyuna ciddi itkilərlə çıxacaq

Almaniya Bundesliqasının 3-cü turunda “Bayer”lə qarşılaşacaq “Bavariya” oyuna ciddi itkilərlə çıxacaq. “Sky Sports”un yaydığı xəbərə görə, Münhen klubu müdafiəçi Mats Hummels və yarımmüdafiəçi Leon Qoretskanın xidmətindən yararlana bilməyəcək. Zədədən yeni qayıdan Hummels hazır olmadığı üçün oynamayacaq. Qoretskanı isə komandanın baş məşqçisi Niko Kovaç Çempionlar Liqasında “Benfika” ilə keçirəcəkləri oyuna saxlayır.

Qeyd edək ki, “Bavariya” – “Bayer” matçı bu gün oynanılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə