İspaniya La Liqasının 4-cü turunda “Eybar”la qarşılaşacaq “Atletiko” ciddi itki ilə üzləşib. “Marca” yazır ki, Madrid klubu bugünkü görüşdə Lukas Ernandesin xidmətindən yararlana bilməyəcək. Kor bağırsağında problem yaranan Fransa millisinin üzvü xəstəxanaya yerləşdirilib. Bundan sonra “Atletiko”nun sifariş ərizəsində cəmi 15 futbolçu qalıb. Qeyd edək ki, “Atletiko” 3 turdan sonra 4 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB