Aaron Remsi yenə “Arsenal”a "yox" dedi

Aaron Remsi yenə “Arsenal”a "yox" dedi

“Arsenal”ın Aaron Remsi ilə müqaviləni uzatmaq cəhdi növbəti dəfə uğursuz alınıb. “The Sun” yazır ki, London klubu 27 yaşlı futbolçunu komandada saxlamağa razı sala bilməyib. “Topçular” uelsli oyunçuya 5 illik müqavilə və həftəlik 280 min avro maaştəklif etsə də, o, buna müsbət cavab verməyib. Remsinin komandada qalmaq istəməməsinin klubun baş direktoru İvan Qazidisin “Milan”a mümkün gedişi ilə bağlı olduğu iddia olunur.

Qeyd edək ki, təcrübəli yarımmüdafiəçi “Arsenal”a 2008-ci ildə “Kardiff”dən transfer olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə