Gürcüstan millisinin Bakıda keçiriləcək DÇ üçün heyəti açıqlanıb
Gürcüstan millisinin Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatı üçün heyəti açıqlanıb. SİA-nın məlumatına görə, Bakı mundialında 10 gürcüstanlı cüdoçu tatami üzərinə çıxacaq.
Gürcüstan yığması kişilərin yarışında tam heyətlə təmsil olunacaq. Məşqçilər korpusu dünya çempionatında Amiran Papinaşvili, Luxumi Çxviminai (hər ikisi 60 kq), Vaja Marqelaşvili (66 kq), Laşa Şavdatuaşvili (73 kq), Zebeda Rexviaşvili (81 kq), Uşanqi Marqiani, Beka Qviniaşvili (hər ikisi 90 kq), Varlam Liparteliani (100 kq) və Quram Tuşişviliyə (100 kq-dan yuxarı) şans verəcək.
Qadınların yarışında isə Mariam Canaşvili (52 kq) birincilik uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, cüdo üzrə dünya çempionatı sentyabrın 20-dən 27-dək Bakıda keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB