SİA bu gün AFFA-nın İcraiyyə Komitəsinin iclasında Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri vəzifəsinə təyin olunmuş Fritz Stuchlik barədə qısa məlumatı diqqətinizə çatdırır:
Adı: Fritz
Soyadı: Stuchlik
Təvəllüdü: 11 fevral 1966-cı il
Anadan olduğu yer: Vyana (Avstriya)
Hakimlik karyerasına 1982-ci ildə başlayıb.
1992-ci ilin iyulundan 2009-cu ilin dekabrına qədər Avstriya Bundesliqasının hakimi olub.
1994-cü il yanvarın 1-dən 2009-cu il dekabrın 31-dək FIFA referisi olaraq fəaliyyət göstərib.
Avstriya çempionatının yüksək divizionunda 267, beynəlxalq arenada isə 89 oyun idarə edib.
Vyana Futbol Federasiyasında gənc hakimlərin təlim-tədrisi ilə məşğul olub.
2010-cu ildən FIFA/UEFA hakim-inspektorudur.
UEFA Konvensiya meneceri, FIFA/UEFA RAP (Hakimlərə Dəstək Proqramı) təlimatçısıdır.
O, həmçinin, Avstriya Futbol Federasiyasında katib vəzifəsində çalışıb.
Bu ilin mart ayında qarşılıqlı razılıq əsasında federasiyadakı vəzifəsindən ayrılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB