"Kyevo" sərt cazalandırılıb

İtaliya A Seriyasında mübarizə aparan "Kyevo" cəzalanıb. SİA-nın məlumatına görə, klubun 3 xalı silinib və 200 min avro cərimə edilib. Buna səbəb "Kyevo"nun saxtakarlıq etməsi olub. Klub vergidən yayınaraq maliyyə hesabatlarında saxtakarlıq edib. İtaliya Futbol Federasiyanın hüquq işləri ilə məşğul olan şəxslər 15 xalın silinməsini istəsələr də, danışıqlardan sonra cəza 3 xala endirilib.

Ölkənin futbol federasiyası klub prezidenti Luka Kampedelliyə 3 ay stadiona girişə qadağa qoyub.

Bütün xəbərlər Facebook səhifəmizdə