“Azərbaycanda Formula 1 yarışlarının uzadılması üçün danışıqlar aparılır” - AÇIQLAMA
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin bütün əməkdaşları yay tətilindən qayıdaraq gələn ilin aprel ayında keçirilməsi nəzərdə tutulan Formula 1 Azərbaycan Qran Prisi ilə bağlı hazırlıqlara başlayıblar”. SİA-nın məlumatına görə, bunu “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin Marketinq və kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, son Qran Pridə ölkəmizə gələn azarkeşlərin sayı 30 faiz artmışdı: “Bu il daha çox azarkeşin ölkəmizə gəlməsi gözlənilir. Çünki hər il Azərbaycan Qran Prisinə maraq daha da artır”.
BŞH rəsmisinin sözlərinə görə, növbəti Azərbaycan Qran Prisinin biletləri bu ilin oktyabr ayının ikinci yarısında satışa çıxarılacaq: “Ötən Qran Pridə olduğu kimi, bu dəfə də bilet satışı Azərbaycan vətəndaşları üçün endirim kampaniyası ilə başlayacaq. Biletlərin satışının daha tez başlamasının səbəbi xarici qonaqların öncədən planlarını qurmaları ilə bağlıdır”
O, Azərbaycan Qran Prisinin 5 il keçirilməsindən sonra Formula 1 ilə müqavilənin uzadılması üçün danışıqların aparıldığını vurğulayıb: “Azərbaycanda Formula 1 yarışlarının daha bir neçə il uzadılması üçün danışıqlar aparılır. Ancaq 5 il tamam olduqdan sonra daha neçə il uzadılacağı hələ ki, məlum deyil”.
N.Arpadarai gələn aydan Qran Pri ilə bağlı Bakıda tikinti işlərinin başlayacağını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB