FIFA icarəyə verilən futbolçuların sayına görə məhdudiyyət qoya bilər
FIFA icarəyə verilən futbolçuların sayına görə klublara məhdudiyyət qoya bilər. SİA-nın məlumatına görə, FIFA maksimum 8 oyunçunun icarəsinə icazə verməyi planlaşdırır. Üstəlik, bir klubun digərinə ən çox 4 futbolçu göndərməsi nəzərə tutulub. Bununla belə, klubların 21 yaşadək yetirmələri istisna təşkil edəcək. Klublar bu oyunçuları daha da inkişaf etdirmək üçün limitsiz icarə edə bilərlər.
FIFA-nın qərarı qüvvəyə minərsə, bu, ən çox İngiltərənin “Çelsi” və İtaliyanın “Yuventus” klublarına təsir edəcək. Belə ki, “Çelsi” bu yay transferində 40, “Yuventus” klubu isə 26 gənc oyunçu icarəyə verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB