İspaniya yığması öz rekordunu yenilədi

İspaniya yığması öz rekordunu yenilədi

Futbol üzrə UEFA Millətlər Liqasının 2-ci turunda doğma meydanda Xorvatiya millisini darmadağın edən İspaniya yığması öz rekordunu yeniləyib. Qol.az-ın yerli mətbuata istinadən yaydığı xəbərə görə, buna qədər 37 ev görüşündə 33 qələbə qazanıb, 4 heç-heçə edən Luis Enrikenin komandası məğlubiyyətsiz oyunlar seriyasını 38-ə çatdırıb. Maraqlıdır ki, ispanlar sonuncu dəfə ev oyununda 2003-cü ildə Yunanıstana 0:1 hesabı ilə uduzublar.

Qeyd edək ki, dünən keçirilən oyunda İspaniya millisi DÇ-2018-in finalçısı Xorvatiyanın qapısından 6 cavabsız top keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə