“Liverpul”un zədəli müdafiəçisi Deyan Lovrenin bərpa müddəti daha bir ay uzanıb. Belə ki, qarın əzələsindəki zədə səbəbindən bir müddətdir yaşıl meydanlardan kənarda qalan xorvatiyalı futbolçunun sentyabrın 20-nə kimi sıraya qayıdacağı gözlənilsə də, həkimlər bunun mümkün olmadığını bildiriblər. Onun ən yaxşı halda oktyabr ayının sonlarında tam hazır olacağı gözlənilir.
Qeyd edək ki, Lovren Xorvatiya millisinin heyətində dünya çempionatında zədələnmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB