DÇ-nin ikinci günündə gimnastlarımız top ilə çıxış edəcəklər

DÇ-nin ikinci günündə gimnastlarımız top ilə çıxış edəcəklər

Sofiyada bədii gimnastika üzrə dünya çempionatının ikinci günüdür. Çempionatda Azərbaycan yığması da iştirak edir. SİA xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyasından bildirilib ki, yarışların ilk günündə qızlarımız fərdi çıxışlarda öz məharətlərini göstəriblər. Bu gün isə çoxnövçülükdə seçmə yarışlar çərçivəsində Azərbaycan gimnastları Zöhrə Ağamirova, Veronika Qudis və Darya Sorokina top ilə kompozisiyalar nümayiş etdirəcəklər. Qızların bu yarışlarda göstərdiyi nəticələr komanda birinciliyinin yekunlarına da hesablanır. Çoxnövçülükdə komanda birinciliyində Azərbaycanı Siyana Vasileva, Aliyə Paşayeva, Ayşən Abduləzimova, Diana Doman və Səbinə Hümmətova təmsil edəcəklər.

Sofiyada keçirilən dünya çempionatı Olimpiadaya ilk seçmə startdır. Çoxnövçülükdə qrup halında yarışların qalibləri Tokio Olimpiadasına vəsiqə alacaqlar.

Dünya çempionatında 61 ölkədən 350 idmançı qız çıxış edəcək. Yaxın həftə ərzində həm mütləq birincilikdə, həm də ayrı-ayrı növlərdə yaxşıların ən yaxşıları müəyyən olunacaq. Çempionatda cəmi doqquz mükafat dəsti oynanılır. Sofiyada dünya çempionatı sentyabrın 16-da başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə