Millimizin baş məşqçisi: "Azərbaycanı ən yaxşı şəkildə təmsil edəcəyik" - AÇIQLAMA
Yunan-Roma güləşi üzrə yığmamız Göygöl Olimpiya Kompleksində təlim-məşq toplanışını davam etdirir. SİA-nın məlumatına görə, sentyabrın 2-də başlayan hazırlıq prosesi ayın 15-dək davam edəcək. Millimizin baş məşqçisi Şaban Donat toplanışla bağlı açıqlama verib: “Hazırlıqlar plan üzrə gedir. Göygöldə keçirdiyimiz bundan öncəki təlim-məşq toplanışında fiziki hazırlığa daha çox diqqət ayırmışdıq. İndi taktiki-texniki çalışmalara üstünlük veririk. Ancaq yalnız zalda yox, açıq havada da məşqlərimiz olur. Komandada vəziyyət yaxşıdır. Ab-hava yüksəkdir. Sentyabrın ortalarında Belarusda keçiriləcək Oleq Karavaevin xatirə turnirində çatışmazlıqları aşkara çıxaracağıq. Daha sonra həmin çatışmazlıqlar üzərində işləyəcəyik. Dünya çempionatına yaxşı hazırlaşıb, Azərbaycanı ən yaxşı şəkildə təmsil edəcəyik. Federasiya rəhbərliyinə minnətdarlığımı bildirirəm ki, yarışlara yüksək səviyyədə hazırlaşmaq üçün lazım olan şəraiti yaradıb”.
Mütəxəssis güləşçilərimizdən yalnız birinin zədəli olduğunu deyib: “Hazırda yığma üzvlərindən yalnız Rəsul Çunayev aramızda deyil. O, indi Türkiyənin Antalya şəhərində bərpa prosesi keçir. Dünya çempionatına kimi sıralarımıza dönəcəyi gözlənilir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB