“Qəbələ”nin futbolçusu Lalavele Atakora Toqo millisində növbəti oyununu keçirib. Yarımmüdafiəçi Afrika Millətlər Kubokunun seçmə mərhələsinin “D” qrupunun ikinci turunda meydana çıxıb.
SİA-nın məlumatına görə, Lalavelenin heyətində yer aldığı Toqo millisi öz meydanında Beninlə qarşılaşıb. Görüş 0:0 hesabı ilə başa çatıb. Start heyətində yer alan Atakora 90 dəqiqə meydanda olub. Yarımmüdafiəçi matçın 43-cü dəqiqəsində sarı vərəqə alıb.
İki turdan sonra hesabında 1 xal olan toqolular 4-cü pillədə qərarlaşıblar. Atakoranın komandası oktyabrın 10-da keçiriləcək növbəti turda evdə Qambiya ilə üz-üzə gələcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB