"Qalatasaray" qış transfer hazırlıqlarına başlayıb

"Qalatasaray" qış transfer hazırlıqlarına başlayıb

"Qalatasaray" qış transfer pəncərəsinin hazırlıqlarına indidən başlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, İstanbul klubu transfer pəncərəsi açılana qədər heyətinə qatmaq istədiyi futbolçularla ilkin protokol imzalamaq üçün hərəkətə keçib.

Əvvəlcə hücumdakı problemi həll etmək istəyən "Qalatasaray" Çinin "Tianjin Quanjian" klubunda forma geyinən Antoni Modeste ilə danışıqları davam etdirir. "Cim-Bom" fransalı forvardı yayda heyətinə qatmaq istəsə də, buna nail ola bilməmişdi. 30 yaşlı futbolçu "Köln"dən Çin klubuna 29 milyon avroya transfer olunmuşdu.

"Qalatasaray"ın hədəfindəki digər futbolçu isə Qari Kahilldi. "Çelsi"dən ayrılacağı dəqiqləşən mərkəz müdafiəçisi ilə də danışıqlar başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə