“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən “Arsenal”ın yeni transferi Lukas Torreyra zədələnib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, uruqvaylı yarımmüdafiəçi millisinin Meksika ilə yoldaşlıq görüşündə (4:1) xəsarət alıb. Dizindən zədələnən 22 yaşlı futbolçu ilk hissənin sonlarında əvəzlənib. Həftəsonu “Arsenal”ın “Nyukasl" ilə keçirəcəyi oyunu buraxmalı olan gənc yarımmüdafiəçinin nə vaxt sıraya dönəcəyi bilinmir.
Qeyd edək ki, Avroliqanın E qrupunda “Qarabağ” və “Arsenal” ilə yanaşı, Ukraynanın “Vorskla” və Portuqaliyanın “Sportinq” klubları da yer alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB