Malta - Azərbaycan: Məşqçi fikirləri

Malta - Azərbaycan: Məşqçi fikirləri

UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Ta Qali milli stadionunda keçirilmiş Malta - Azərbaycan oyunundan sonra hər iki milli komandanın baş məşqçisi fikirlərini bildirib. SİA baş məşqçilərin fikirlərini nəzərinizə çatdırır:

Qurban Qurbanov (Azərbaycan milli komandasının baş məşqçisi): “Qələbə qazanmaq istəyirdik. Əfsuslar olsun ki, buna nail olmadıq. Bir xal qazansaq da, əslində 2 xal itirdik. Bir neçə futbolçunun hazırlıq durumundan narahat idim. Görüləsi işlər çoxdur. Nəticədən narazılıq varsa, bunu üzərimə götürməliyəm. Qrupumuzda yer alan digər komandaların da növbəti oyunlarda itkiləri olacaq. Qalan 4 oyunda qələbə qazanacağımız təqdirdə, uğura nail ola bilərik. Hər bir çətinliyi istədiyim kimi aradan qaldırmaq asan deyil. Futbolçularıma güvənib, bir olub hazırlaşmalıyıq”.

Raymond Farrugia (Malta milli komandasının baş məşqçisi): “Azərbaycan millisi çox yaxşı komandadır. Əldə edilən heç-heçəni komandam üçün uğurlu nəticə hesab edirəm. İrəliyə doğru addımlayırıq. Deyə bilərəm ki, daha yaxşı oynayırıq. Dəyişməliyik. Bu baxımdan bugünkü oyun komandam üçün olduqca önəmli idi”.

Bütün xəbərlər Facebook səhifəmizdə