Belçikalı futbolçu "Barselona"dan ayrılır

Belçikalı futbolçu "Barselona"dan ayrılır

“Barselona”nın futbolçusu Tomas Vermalen komandadan ayrılmaq istədiyini bildirib. Bu iddia ilə “Mundo Deportivo” nəşri çıxış edib. Xəbərdə deyilir ki, belçikalı müdafiəçi klub rəhbərliyi ilə görüşdən sonra bu qərarı verib. Vermalenin az oynadığı üçün mövsümün sonunda bitəcək müqaviləsini yeniləmək istəmədiyi bildirilib.

Qeyd edək ki, 32 yaşlı futbolçu 2014-cü ildə “Arsenal”dan “Barselona”ya keçib. O, Kataloniya klubunda cəmi 25 oyuna çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə