“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən “Arsenal”ın yeni transferi Lukas Torreyra zədələnib. Britaniya mətbuatının yazdığına görə, uruqvaylı yarımmüdafiəçi millisinin Meksika ilə yoldaşlıq görüşündə (4:1) xəsarət alıb. Dizindən zədələnən 22 yaşlı futbolçu ilk hissənin sonlarında əvəzlənib. Həftəsonu “Arsenal”ın “Nyukasl”la keçirəcəyi oyunu buraxmalı olan gənc yarımmüdafiəçinin nə vaxt sıraya dönəcəyi bilinmir.
Qeyd edək ki, Avroliqanın E qrupunda “Qarabağ” və “Arsenal”la yanaşı, Ukraynanın “Vorskla” və Portuqaliyanın “Sportinq” klubları da yer alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB