ŞOK: Fransa klubunun futbolçusu güllələnib!

ŞOK: Fransa klubunun futbolçusu güllələnib!

Fransanın "Sent-Etyen" klubunun futbolçusu Vilyam Qomis silahlı atışmanın qurbanı olub. Qol.az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, "Var-Matin" nəşrinə istinadən xəbər verir ki, hadisə Mer şəhərində olub.
Sentyabrın 9-dan 10-na keçən gecə baş verən atışmada Qomislə yanaşı 14 yaşlı yeniyetmə də güllələnib. Fransa klubu məsələ ilə bağlı rəsmi açıqlama verməyib. Qeyd edək ki, “Sent-Etyen”in B komandasında çıxış edən 19 yaşlı Vilyam Qomis klubun sabiq futbolçusu Bafetimbi Qomisin qohumudur.

Bütün xəbərlər Facebook səhifəmizdə