“Real”ın prezidenti Florentino Peres “kral klubu”ndakı xələfini açıqlayıb. İspaniya mətbuatı yazır ki, 71 yaşlı futbol funksioneri dünyaca tanınmış tennisçi Rafael Nadalın gələcəkdə bu vəzifəni tuta biləcəyini bildirib. Ancaq Nadal klub prezidentliyinə namizəd olmaq üçün 2031-ci ilə - 45 yaşına kimi gözləməlidir. Çünki namizədlər ən azı 20 il “Real”ın üzvü olmalıdırlar. Qeyd edək ki, Nadal 2011-ci ildən “Real” klubunun fəxri üzvüdür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB