Azərbaycan yığması Kamerun millisi ilə qarşılaşacaq

Azərbaycan yığması Kamerun millisi ilə qarşılaşacaq

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi dünya çempionatına hazırlığı Sloveniyada davam etdirir. SİA-nın məlumatına görə, bu gün millimiz hazırlıq prosesi çərçivəsində Kamerun yığması ilə yoxlama oyunu keçirəcək.

Voleybolçularımız sentyabrın 12-də Vətənə qayıdacaqlar. Bakı toplanışı çərçivəsində millimiz Rusiyanın “Uraloçka” və “Dinamo Krasnodar” klubları ilə yoxlama oyununda gücünü sınayacaq.

Qeyd edək ki, dünya çempionatı sentyabrın 29-dan oktyabrın 20-dək Yaponiyada təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə