2018-ci ildə futbol üzrə dünya çempionatı matçlarının keçiriləcəyi şəhərlərin siyahısı genişləndirilməyəcəkdir. SİA-nın xəbərinə görə, bunu Rusiya Futbol İttifaqının (RFİ) prezidenti Sergey Fursenko bəyan edib.
Bundan əvvəl Çeçenistan rəhbəri Ramzan Kadırov mundialın bəzi matçlarını Qroznıdakı stadionda keçirməyi təklif edib. O xatırladıb ki, şəhərdə dünya standartlarına cavab verən idman kompleksinin tikintisi başa çatmaq üzrədir və həmin stadionda ən yüksək səviyyəli oyunlar keçirmək olar.
Futbol funksionerinin sözlərinə görə DÇ-2018-in matçlarının keçirilməsi planlaşdırılan bütün şəhərlər artıq çempionatın sifariş kitabına yazılmışdır və bu şəhərlərin siyahısı genişləndirilə bilməz, həmin siyahı yalnız ixtisar edilə bilər.
DÇ-2018 oyunlarının keçirilməsinə 13 şəhər iddia edir: Moskva, Sankt-Peterburq, Yekaterinburq, Kalininqrad, Kazan, Krasnodar, Nijni Novqorod, Rostov-Don, Samara, Saransk, Soçi, Volqoqrad və Yaroslavl.
FİFA məmurları həmin turnirin matçlarının keçiriləcəyi şəhərləri 2012-ci ildə qəti müəyyən edəcəklər.
İnternet şəbəkəsində belə bir məlumat yayılmışdır ki, dünya futbol birinciliyi matçlarına biletlərin qiyməti 35 min rubldan 80 min rubla qədər olacaqdır. Fursenko bu məlumatı təsdiqləməsə də, təkzib də etməmişdir. Onun sözlərinə görə, biletlərin qiyməti çempionatın başlanmasına 1-1,5 il qalanda FİFA tərəfindən müəyyən ediləcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB