Türkiyənin “Fənərbaxça” klubunda zədə səbəbindən oynaya bilməyən Roberto Soldado dövrə arasında mütləq klubdan ayrılacaq. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, uyğunlaşma və zədə problemləri ilə üzləşən futbolçu digər həmkarlarından xeyli geri qalaraq mövsümü baş məşqçinin ona şans verməsini gözləyərək keçirib.
Qeyd edək ki, Robin Van Persi ilə də eyni problemlər yaşanmışdı.
Klub rəhbərliyi Soldadonun neqativ psixi durumunun komandaya təsir etməməsi və 4 milyon avroluq maaşdan qurtulmaq üçün onunla müqaviləyə xitam verməyi düşünür.
Ötən mövsüm “Vilyareal”dan 5 milyon avroya transfer edilən Soldado ilə 2+1 illik müqavilə imzalanmışdı. Bu mövsüm futbolçu ilə müqavilənin 2 ili tamam olur.
Soldadoya Avropada belə yüksək maaş verəcək klub tapmaq çətin məsələdir. İspan futbolçu isə bu maaşı əldən vermək istəmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB