Stadnik "Poland Open” turnirində çempion oldu

Stadnik "Poland Open” turnirində çempion oldu
Polşanın paytaxtı Varşavada "Qran-pri" seriyasından olan "Poland Open" turniri başa çatıb. SİA-nın məlumatına görə, yarışda ölkəmizi təmsil edən qadınlardan ibarət yığmamızın lideri Mariya Stadnik (50 kq) həlledici görüşdə ötən il Avropa çempionatının finalında məğlub etdiyi (10:0) ukraynalı Ilyona Semkivlə qarşılaşıb. Finaladək bütün görüşlərində rahat qələbə qazanan Stadnik son qarşılaşmada da rəqibinə aman verməyib - 13:2. Beləliklə, Stadnik yarışda çempion olub.

Bütün xəbərlər Facebook səhifəmizdə