Novak Cokoviç və Xuan Martin del Potro finalda!

Novak Cokoviç və Xuan Martin del Potro finalda!

Sentyabrın 8-də Nyu-Yorkda keçirilən kişilər arasında tennis üzrə nüfuzlu turnirlərdən olan “US Open”in finalçıları məlum olub. Belə ki, yarımfinal mərhələsinin ilk oyununda serbiyalı Novak Cokoviç Yaponiya idmançısı Key Nişikori ilə üz-üzə gəlib. İki saat 23 dəqiqə davam edən görüşdə serbiyalı Novak Cokoviç üç setdə qələbə qazanıb - 6:3, 6:4, 6:2. Bu, hər iki tennisçinin “Böyük dəbilqə” seriyası yarışlarında 19-cu görüşü olub. Onların 17-də serbiyalı, ikisində isə yaponiyalı idmançı üstün olub. Novak Cokoviç 13-cü dəfə finalda iştirak hüququ qazanıb.

Yarımfinal mərhələsinin digər qarşılaşması ispaniyalı Rafael Nadal ilə argentinalı Xuan Martin del Potro arasında baş tutub. Görüş Rafael Nadalın ikinci setdə zədələnməsi ilə əlaqədar hakim tərəfindən dayandırılıb. Qarşılaşma Xuan Martin del Potronun qələbəsi ilə başa çatıb - 7:3, 6:2.

Bu, argentinalının Rafael Nadal üzərində altıncı qələbəsi olub. Xuan Martin del Potro “Böyük dəbilqə” seriyası yarışlarında ikinci dəfə finala vəsiqə qazanıb. O, ilk dəfə 2009-cu ildə “US Open” turnirinin qalibi adını qazanıb. İspaniyalı idmançı isə bu turnirdə 14 dəfə iştirak edib. O, “US Open” turnirinin sonuncu qalibidir.

Bütün xəbərlər Facebook səhifəmizdə