Con Terri "Spartak"a keçir?

"Çelsi"nin sabiq futbolçusu Con Terri "Spartak"a keçməyə yaxındır. Məlumata görə, 37 yaşlı müdafiəçi Rusiya klubunda bu səhər tibbi müayinədən keçib. Onunla yaxın saatlara 1+1 illik müqavilə imzalanacağı gözlənilir. Qed edək ki, son olaraq, “Aston Villa”nın formasını geyinən Terri hazırda azad agent statusu daşıyır.37 yaşlı müdafiəçi ilə “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən “Sportinq”in maraqlandığı iddia olunurdu.

Bütün xəbərlər Facebook səhifəmizdə