Dieqo Simeonenin oğlu Argentina millisində qol vurub

Dieqo Simeonenin oğlu Argentina millisində qol vurub

"Atletiko"nun baş məşqçisi Dieqo Simeonenin oğlu Covanni Simeone, futbol üzrə Argentina millisində debüt oyununda qol vurub. Qol.az-ın məlumatına görə, 23 yaşlı hücumçu Qvatemala ilə yoxlama matçında (3:0) bir dəfə fərqlənib. O, 44-cü dəqiqədə qol vurub. Qeyd edək ki, "Fiorentina"nun oyunçusu C.Simeonenin bu yay "Atletiko"nun transfer istədiyi iddia olunurdu.

Bütün xəbərlər Facebook səhifəmizdə