U-21-in heyətində dəyişiklik

21 yaşadək futboçulardan ibarət Azərbaycan yığmasının üzvü Murad Mahmudov komandadan ayrılıb. SİA-nın məlumatına görə, Almaniyanın FCV “Frankfurt” klubuna keçən futbolçu yeni klubunda möhkəmlənmək üçün yığmanın toplanışından erkən dönmək istəyi ilə bağlı baş məşqçiyə müraciət edib. Yığma komandanın rəhbəriliyi futbolçunun klub karyerasını nəzərə alaraq, müraciətinə müsbət yanaşıb və toplanışı erkən tərk edərək Almaniyaya yollanmasına icazə verib.

Bütün xəbərlər Facebook səhifəmizdə