Qırğızıstanda təşkil edilən III Dünya Köçəri Oyunlarının medal sıralanmasında (əyara görə) yerli yığma komanda liderlik edir. SİA-nın məlumatına görə, qırğız idmançılar 78 medal qazanıblar. Bunlardan 30-u qızıl, 25-i gümüş, 23-ü bürünc medaldır. İkinci yerdə isə 43 medalla Rusiya millisi qərarlaşıb. Bunlardan 16-sı qızıl, 9-u gümüş, 18-i bürünc əyarlıdır.
Üçüncü pillədə 49 medalla Qazaxıstan yığması yer alıb. Bunlardan 11-i qızıl, 17-si gümüş, 21-i bürüncdür.
Azərbaycan yığması isə idiyədək 14 medal qazanıb. Bunlardan 1-i qızıl, 5-i gümüş, 8-i isə bürünc əyarlıdır.
Müəllif: Elgün Vidadioğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB