19 yaşlı futbolçu "Arsenal"da "ayın ən yaxşısı" seçilib

19 yaşlı futbolçu "Arsenal"da "ayın ən yaxşısı" seçilib

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi İngiltərə "Arsenal"ında avqust ayının ən yaxşı futbolçusu müəyyənləşib. Klubun saytında yer alan xəbərə görə, London təmsilçisinin 19 yaşlı yarımmüdafiəçisi Matteo Guendouzi, azarkeşlər arasında keçirilən sorğuda birinci olub. Fransalı gənc oyunçu səslərin 68 faizini toplayıb.

Qeyd edək ki, "Qarabağ" "Arsenal"la ilk oyununu oktyabrın 4-də Bakıda keçirəcək. Londondakı qarşılaşma isə dekabrın 13-də olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə