Azərbaycanlı futbolçu xərçəng xəstəliyindən vəfat edib

Azərbaycanlı futbolçu xərçəng xəstəliyindən vəfat edib

AZAL-ın sabiq futbolçusu Rüfət Musayev vəfat edib. Qol.az-ın xəbərinə görə, bir sıra klublarımızda çıxış etmiş 32 yaşlı müdafiəçi xərçəng xəstəliyindən dünyasını dəyişib.

2014/15 mövsümündə "Neftçala"nın heyətində Azərbaycan Birinci Divizionunun qalibi olan Musayev 2 ilə yaxındır bu xəstəliklə mübarizə aparırdı. Allah rəhmət eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə