Yaponiya - Çili oyunu zəlzələyə görə təxirə salınıb

Yaponiya - Çili oyunu zəlzələyə görə təxirə salınıb

Bu gün Bakı vaxtı ilə saat 14:00-da keçirilməli olan Yaponiya - Çili matçının oynanılmamasının səbəbi açıqlanıb. Yaponiya Futbol Federasiyasının rəsmi saytında yer alan xəbərə görə, gecə saat 3 radələrində ölkənin şimalında baş vermiş zəlzələyə görə qarşılaşma təxirə salınıb. Federasiya oyuna bilet alan azarkeşlərin pullarının geri qaytarılacağını bildirib.
Qeyd edək ki, Sapporo şəhərində yerin 33,4 metrlik dərinliyində baş vermiş 6,7 bal gücündəki zəlzələ nəticəsində 9 nəfər həyatını itirib, 30 nəfər itkin düşüb, 366 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə