Dieqo Maradona Meksikada məşqçilik edəcək

Dieqo Maradona Meksikada məşqçilik edəcək

Argentina millisinin sabiq üzvü Dieqo Maradona yenidən məşqçiliyə başlamaq istəyir. Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, hazırda Brest "Dinamo"sunda İdarə Heyətinin sədri vəzifəsində çalışan mütəxəssis Meksikanın "Dorados" klubu ilə danışıq aparır. Tərəflərin artıq bir çox məsələlərdə razılığa gəldiyi və Maradonanın yaxın günlərdə ikinci divizionda mübarizə aparan komandanın baş məşqçisi təyin olunacağı gözlənilir.
Qeyd edək ki, son olaraq Qətərin "Əl-Vasl" və "Əl-Fuceyra" klublarını çalışdırmış Maradona 2008-2010-cu illərdə Argentina millisinə də başçılıq edib.

Bütün xəbərlər Facebook səhifəmizdə