Antoni Fernandes: “Azərbaycan idmançılarının uğurlu çıxışları hər zaman diqqətimizi çəkir" - AÇIQLAMA - ÖZƏL

Antoni Fernandes: “Azərbaycan idmançılarının uğurlu çıxışları hər zaman diqqətimizi çəkir" - AÇIQLAMA - ÖZƏL

“Azərbaycan idmançılarının uğurlu çıxışları hər zaman diqqətimizi çəkir”. Bunu SİA-ya açıqlamasında III Dünya Köçəri Oyunlarında iştirak edən Hindistan Etno Federasiyasının prezidenti Antoni Fernandes deyib.

O, dünyada müasir formada təqdim edilən bir çox idman növlərinin Azərbaycanın qədim idman növləri olduğunu bildiyini qeyd edib: “Bu idman növlərindən biri də güləşdir. Azərbaycanda güləş tarixən mövcud olub. İndi isə ölkənizdə bu idman növü yüksək səviyyədə inkişaf edib. Azərbaycan güləşçiləri dünyanın ən güclü idmançıları sırasındadırlar”.

A.Fernandes Azərbaycanda idmanın sürətlə inkişafının dövlət səviyyəsinə bu sahəyə göstərilən diqqətdən irəli gəldiyini bildirib: “Ölkənizdə idmançıların sosial şəraitinin yaxşılaşdırılması, infrastrukturun inkişafı, idmançıların hazırlığı və s. işlərin uğurla həyata keçirildiyini bilirəm. İnkişafın nəticəsidir ki, Azərbaycan dünyanın ən mötəbər yarışlarını peşəkarlıqla təşkil edir. Sizə daha böyük müvəffəqiyyətlər və idman nailiyyətləri arzulayıram”.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə