Tacikistanlı hakim: “Azərbaycan dünyanın ən tanınmış idman ölkələrindəndir” - AÇIQLAMA - ÖZƏL

Tacikistanlı hakim: “Azərbaycan dünyanın ən tanınmış idman ölkələrindəndir” - AÇIQLAMA - ÖZƏL

“Azərbaycan dünyanın ən tanınmış idman ölkələrindəndir. Burada keçirilən mötəbər yarışlar bütün dünyanın diqqət mərkəzində olur. Birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula 1 üzrə Azərbaycan Qran Priləri, digər dünya və Avropa çempionatları, beynəlxalq yarışlar ölkənizdə yüksək səviyyədə təşkil edilib ”. Bunu SİA-ya III Dünya Köçəri Oyunlarında iştirak edən tacikistanlı məşqçi və beynəxalq dərəcəli hakim Daler Niyozov deyib.

O, Azərbaycan idmançılarının beynəlxalq arenada uğurla çıxış etdiklərini bildirib: “Azərbaycanda dövlət tərəfindən bu sahəyə xüsusi diqqət ayrılması ölkə idmanın sürətli inkişafına səbəb olub. Bu, özünü beynəlxalq arenalarda da göstərir. Azərbaycan idmançıları ən böyük yarışlarda yüksək yerlər uğrunda mübarizə aparır və qələbələr qazanırlar. Mən Azərbaycan idmançılarına və idman ictimaiyyətinə daha böyük qələbələr və uğurlar arzulayıram”.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə