III Dünya Köçəri Oyunlarında Azərbaycanın milli güləş növü üzrə yarışların açılış mərasimi keçirilib
III Dünya Köçəri Oyunlarında Azərbaycanın milli güləş növü üzrə yarışların açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycan nümayəndə heyətinin rəhbəri, Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov çıxış edərək Oyunların yüksək səviyyədə təşkil olunduğunu, idmançılar üçün hər cür şəraitin yaradıldığını bildirib.
O, güləşin Azərbaycanın qədim idman növü olduğunu, ölkəmizdə bu növün yüksək inkişaf etdiyini deyib.
Sonra digər rəsmi şəxslər çıxış ediblər.
Açılış mərasimindən sonra yarışlar davam etdirilib. Azərbaycanın cəngi rəqsinin sədaları altında güləşçilər döşəyə dəvət olunublar.
Qeyd edək ki, yarışları III Dünya Köçəri Oyunlarına Azərbaycandan qonaq kimi dəvət olunan Milli Məclisin deputatı Hikmət Babaoğlu, “Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, “Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid də izləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB